"Ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır, çünki ruslar özgə torpaqları ələ keçirir..."


"Bütün rusiyalılar Putinin hərbi cinayətləri üçün məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir..."
 
"Rusiya Avropada aqressiv, qəddar, qəsbkar müharibə apardığı zaman rusiyalılar Avropaya səyahət edərək turist ola bilir..."
 
Zelenski Qərbə rusiyalılar üçün sərhədləri bağlamağa çağırış edib
 
Ukrayna prezidenti Vladimir Zelenski Qərbə bütün rusiyalı turistlərə ölkəyə girişi qadağan etməyə, beləliklə, müttəfiq liderləri Rusiya prezidenti Vladimir Putinə təzyiqi artırmağı gücləndirməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "The Washington Post" qəzetinə müsahibəsində bəyan edib.
 
Zelenski deyib ki, Rysiyaya qarşı hazırki sanksiyalar "zəifdir" və onları səfərlərə qadağan etməklə və Rusiyanın enerjidaşıyıcılarına tam embaqrqo qoymaqla gücləndirmək olar.
 
"Ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır, çünki ruslar özgə torpaqları ələ keçirir", - o, belə deyib və əlavə edib ki, rusiyalılar "öz fəlsəfəsini dəyişməyincə "öz özəl dünyalarında yaşamalıdır".
 
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi altı ayına yaxınlaşır. Bu müddət ərzində minlərlə insan həlak olub, ölkənin şərqində və cənubunda onlarla yaşayış məntəqəsi dağıdılıb. Bu regionda rusiyayönümlü "hakimiyyət" Rusiyaya birləşmək haqqında referendum keçirilməsi ilə təhdid edir, bu da Moskvanın Xerson və Zaporojye vilayətlərinə nəzarətini gücləndirəcək.
 
Zelenski hesab edir ki, bütün rusiyalılar Putinin hərbi cinayətləri üçün məsuliyyətinin bir hissəsini öz üzərinə götürməlidir.
 
"Onlar deyəcək: "Bu müharibənin bizə heç bir aidiyyəti yoxdur. Bütün əhali məsuliyyət daşıya bilməz ki?"
Daşıya bilər. Əhali bu hökuməti seçib, onunla mübarizə aparmır, mübahisə etmir", - o, belə deyib.
 
Avropa İttifaqı hazırda rusiyalı turistlər üçün ölkəyə girişə qadağa qoymadığına rəğmən, Finlandiya prezidenti Sanna Marin bəyan edib ki, Avropa İttifaqı bunu etmək imkanına yenidən baxmalıdır.
 
"Rusiya Avropada aqressiv, qəddar, qəsbkarlıq müharibəsi apardığı zaman rusiyalılar normal həyat yaşaya, Avropaya səyahət edə, turist ola bilir. Bu, düzgün deyil", - o, Finlandiyanın "Yle" milli ictimai yayım şirkətinə müsahibəsində deyib.
 
"Düşünürəm ki, Avropa Şurasının gələcək iclaslarında bu məsələ daha kəskin qoyulacaq. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, turizm məhdudlaşdırılmalıdır", - Marin əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az