Əli Həsənovdan həbs olunması barədə yayılan xəbərə MÜNASİBƏT

Əli Həsənovdan  həbs olunması barədə yayılan xəbərə MÜNASİBƏT
Əli Həsənov həbs olunması barədə yayılan xəbərə münasibət bildirdi

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.

Miq.Az xəbər verir ki,  Ə.Həsənov Almaniyadan Azərbaycana qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb: "Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, "çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində "Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.

Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az