“Əgər şəhid olsam, yas mağarımda bu şəklimi asarsınız”
Şəhidlərimizi tanıyaq və tanıdaq!
Yardımlı rayonu, Ünəç qəsəbəsində 1983-cü il avqustun 31-də anadan olmuş Səfərov Saleh İrzəxan oğlu.
Əks-hücuma başlanılan gün Piyada Döyüş Maşınında düşmənin (PDM) müdafiə xəttini ilk yaranlardan biri olub.
Aprel döyüşlərindən döyüş təcrübəsi olan Səfərov Saleh müharibənin ilk günlərindən savaşda olub. PDM-2 –lə əks hücüma keçərkən maşın minaya düşür. Yaralı olmağına baxmayaraq, başqa tankla hücumu davam etdirib.
Hərbçi yoldaşlarının Miq.Az-a verdiyi məlumata görə,nümunəvi xidmətlərinə görə şəhidimiz Səfərov Saleh komandir heyətinin və bütün hərbi hissənin böyük rəğbətini qazanmışdı. Düşmənin üstünə tankla şığıyan qəhrəmanımız minalanmış sahələri yara-yara gedib.
Döyüşlərin birində düşmən onun tankını vurur və Səfərov Saleh qəhrəmancasına şəhid olur.
Döyüşə yollanan ilk gün övladları ilə şəkil çəkdirib. Həyat yoldaşına deyib ki, əgər şəhid olsam, narahat olmayın. Mən şəhid olsam, uğrunda canımı verdiyim Vətən sizə sahib çıxacaq.
Anasına da deyib ki, müharibədir, hər şey ola bilər. Əgər şəhid olsam, ağlamayın!
Evdən çıxanda ailəsinə bir şəkil verib...və deyib ki, əgər şəhid olsam, yas mağarımda bu şəklimi asarsınız.
Ailəli idi. 1 qızı, 1 oğlu yadigar qalıb.
Əmanəti əmanətimizdir.
Xatırladırıq ki, şəhidimiz Yardımlı rayonu, Ünəç qəsəbəsində dəfn olunub.
Allah rəhmət eləsin!
Miq.Az