DTX ilə birgə əməliyyat: Şuşada silah-sursat aşkarlandı

DTX ilə birgə əməliyyat: Şuşada silah-sursat aşkarlandı

Şuşada silah-sursat aşkar edilib.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 "Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2 712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az