Dostları Makronu aldatdılar: “Bu barədə heç nə deməmişdilər”

Dostları Makronu aldatdılar: “Bu barədə heç nə deməmişdilər”

Yelisey Sarayından bir mənbə Vaşinqtonun Fransaya yeni təhlükəsizlik ittifaqı yaratmaq səylərindən heç vaxt söz açmadığı və rəsmi Parisin hərbi anlaşma ilə bağlı ciddi şübhələri olduğunu söyləyib.

Miq.Az xəbər verir ki, Yelisey Prezident Sarayından bir mənbə AUKUS müqaviləsi barədə "Röyter”ə açıqlama verib.

İyun ayında Fransanın Avstraliya ilə imzaladığı 40 milyard avroluq hərbi müqaviləsi ilə bağlı ciddi şübhələnməyə başladığını bildirən mənbə Prezident Emmanuel Makronun Parisdə Avstraliya Baş naziri Skott Morrisonla görüşü zamanı müqaviləyə xitam veriləcəyinə dair heç bir müzakirənin aparmadığını deyib.

Mənbə ABŞ-ın müqavilə ilə bağlı heç bir suala cavab vermədiyini də bildirib.

Sentyabrın 16-da Avstraliya, ABŞ və İngiltərə arasında AUKUS müqaviləsi imzalanıb. Bu, yeni ittifaqda yer verilməyən Fransa tərəfindən etirazla qarşılanıb. Bundan sonra Avstraliya Fransa ilə imzaladığı 90 milyard dollarlıq hərbi müqaviləni ləğv edib.

Fransa baş verənləri "xəyanət” adlandırıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az