Daha yüksək vəzifəli şəxslərin “Tərtər işi”ndə nöqsanları var - Vahid Əhmədov

Daha yüksək vəzifəli şəxslərin “Tərtər işi”ndə nöqsanları var - Vahid Əhmədov

"Xanlar Vəliyevdən də yuxarı vəzifədə olan insanların "Tərtər işi”ndə kifayət qədər nöqsanları var”.
Bunu Bakupost.az -a açıqlamasına millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, "Tərtər işi” ilə bağlı istintaqın yekunlaşmasına müəyyən vaxt lazımdır:
"Hesab edirəm ki, "Tərtər işi” ilə əlaqədar müəyyən işlər görülüb, bəzi insanlar həbs edilib. Amma bu iş tezliklə axıra çatdırılmalıdır. "Tərtər işi”ndə əli olanların hamısı cəzalarını almalıdırlar. Söhbət təkcə Xanlar Vəliyevdən getmir, ondan da yüksək vəzifəli insanlar olub ki, bu işdə əli, kifayət qədər nöqsanları var. Onlar da cəzalanmalıdırlar. Müəyyən vaxt lazımdır ki, bunlar araşdırılıb axıra çatdırılsın”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az