Cəmi 4 şagirdi olan məktəb və onları gözləyən “uğurlu” gələcək: Müəllimlər təhsil verməkdən imtina edir

Cəmi 4 şagirdi olan məktəb və onları gözləyən “uğurlu” gələcək: Müəllimlər təhsil verməkdən imtina edir
İsmayıllı rayonunun Qoydan kəndində yerləşən məktəb şəraitsiz vəziyyətdədir.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 1 otaqdan ibarət olan məktəbin cəmi 4 şagirdi var. Şagirdlərə dərs keçən müəllim rayondan kəndə gedib-gəlir. Digər müəllimlər yolların bərbad vəziyyətdə olmasına görə təhsil ocağına gəlməkdən imtina edib. Payız və qış aylarında isə şagirdlərin vəziyyəti daha da qəlizləşir. Palçıqlı, qarlı yollar onların məktəbə getməsinə əngəl olur. İbtidai sinifi bitirənləri təbii ki, daha çətin günlər gözləyir.

Onlar təhsil almaq üçün başqa yerlərə üz tutmalı olacaqlar. Ən yaxın qonşu kəndə məsafə 5-6 kilometrdir. Hər gün eyni məsafəni qət etmək isə demək olar ki, qeyri-mümkündür.

Qeyd edək ki, Qoydan Lahıc turizm zonasında yerləşir. Əhalisi 68 nəfərdir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az