Böyük əfv sərəncamı gözlənilir - AÇIQLAMA

Böyük əfv sərəncamı gözlənilir - AÇIQLAMA

Sentyabrın 27-də başlayan Vətən Müharibəsinin qələbə ilə başa çatmasıyla bağlı əfv sərəncamının olacağı gözlənilir.

Miq.Az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Vətən Müharibəsində qazanılan qələbə böyük hadisədir və bu münasibətlə əfv sərəncamı, böyük amnistiya da ola bilər.

Onun sözlərinə görə, komissiya üzvü kimi belə bir təkliflə çıxış etmək niyyətindədir: "Ümid edirəm ki, cənab Prezident bu böyük qələbə ilə bağlı belə bir hunmanist addım atacaq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az