Bu ölkə İrandan yük qəbulunu dayandırdı – Şok səbəb

Bu ölkə İrandan yük qəbulunu dayandırdı – Şok səbəb

Hindistan ən nəhəng liman operatorlarından "Adani Qrup” konqlomeratı İran, Pakistan və Əfqanıstandan yük qəbulundan imtina edib.

Miq.Az xəbər verir ki, bu məlumatı "Əl Cəzirə” televiziyası yayıb.

Məlumata görə, konqlomerat bütün terminallarına, o cümlədən tərəfdaşlarına İrandan yük qəbulunu dayandırmağı tövsiyə edəcəyini bildirib.

Yüklərin qəbulu 15 noyabrdan etibarən tam dayandırılacaq.

Şirkətin belə qərarına səbəb Hindistanın Mundra limanda 3 ton narkotikin ələ keçirilməsi olub. Eyni zamanda, sentyabrda limanda 6 iranlı 20 milyon dollarlıq heroinlə ələ keçirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az