Bu, Ermənistan üçün yaxşı fürsətdir - Akar

Bu, Ermənistan üçün yaxşı fürsətdir - Akar
Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan artıq qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi.

Miq.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

"Amma otuz il ərzində heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı fürsətdir”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az