"Bizim üçün əsas məsələ - əsirlərin qaytarılması həll olunmamış qaldı, siz nəyə sevinirsiniz..?"


"Bizim üçün əsas məsələ - əsirlərin qaytarılması həll olunmamış qaldı"

Bunu "Çiçəklənən Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının lideri Edmon Marukyan Facebook səhifəsində yazıb.

"Bu arada, erməni xalqı, ilk növbədə, hərbi əsirlərin ən qısa müddətdə geri qaytarılması barədə razılığın əldə olunacağına ümid bəsləyirdi. Bu baş vermədi.

Yəni bir daha müzakirə yalnız Azərbaycanın gündəmi ətrafında baş verdi, yalnız rəqib tərəfindən qaldırılan mövzularda müqavilələr imzalandı. Və hərbi əsirlərin geri qaytarılması məsələsi həll olunmamış qaldı. Bəs Siz nəyə sevinirsiniz?",  - deyə Edmon Marukyan qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az