“Bizim İrana borcumuz yoxdur” - Ərdoğan
"İrandan Türkiyəyə qaz axını 10-15 gün ərzində davam edəcək”.
Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident İrana olan borc məsələsinə də toxunub: "Bizim İrana borcumuz yoxdur, iddialar yalandır. İran prezidenti ilə danışdım. Dedi ki, ən pis şəraitdə məsələ 10 gün uzana bilər, bunun öhdəsindən gələcəyik. Düşünürəm ki, fövqəladə vəziyyət olmasa, təbii qaz axını 10-15 günə davam edəcək”.
Miq.Az