Bir ömür kədər
Elşən DAĞLAR
(Sonsuz bibim xatirəsinə)
Sünbül üstə dən-pəncərə,
Qapı-həsrət,qəm-pəncərə,
Kim qapıdı, kim pəncərə?
Qapı qəmdən cərən olub.
Qar-göyün ahlı baxışı,
Yol-yerin qədər naxışı.
Pəncərəmdə qəm qarğışı,
Güzgüdə gül dərən olub?
Həsrətə üzüm yumuşaq,
Sevinci qəmdə yumuşam.
Kədərdə sevinc ummuşam,
Qəmdə sevinc görən olub?
Hanı haqqın tərəzisi?
Tərəzinin yox razısı...
Daş oldu alın yazısı,
Dünyam qəmdən pərən olub.
Miq.Az