BİLMİRƏM
Elxan Quliyev
Səhhətim pozulb halım yamandır,
Müstəqil addımı ata bilmirəm.
Əlacsız bəndəyəm qəmə batmışam,
Dərmansız dünyaya baxa bilmirəm.
Qanımın təzyiqi normanı keçib,
Gözümün giləsi dərdləri icib,
Canımın ağrısı ömrümü biçib,
Güc gələn ağrıya dözə bilmirəm.
Göz yaşım kəsilmir dilim duz dadır,
Yatağım yığılmır canım dardadır,
Varlığım bilinmir cismim saydadır,
Yeriyib həyətə çıxa bilmirəm.
Aralı düşmüşəm dostdan-tanışdan,
Yaradan kəslərdən,mərd oğullardan,
Bəlağət kəlamdan,çay dəsgahından,
Ağrıdan görüşə gedə bilmirəm.
Ömrüm başa çatıb tərzim dəyişib,
Hövsələm daralıb sonum pisləşib,
Tanrım mənzil verib yurdum bəlləşib,
Qaranlıq dünyaya sığa bilmirəm.
Quliyev Elxan