Bayden and içərək ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir.
ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib. Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başlamış oldu.
C.Baydenin inauqurasiya mərasimində sabiq prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.
Yeni prezident bildirib: "Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam".
Yeni seçilmiş vitse-prezidenti Kamala Harris and içərək vəzifəsinin icrasına başlayıb.
Harris Kapitolinin qərb pillələrində and içərək ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın oldu.
55 yaşlı Harris 2017-ci ildən Kaliforniya senatoru olub.