Bakının ən çox bu rayonlarında narkotik satılır

Bakının ən çox bu rayonlarında narkotik satılır

Ötən il Bakıda narkotik vasitələrin dövriyyəsi ilə bağlı ən çox fakt Sabunçu rayonunda qeydə alınıb.

Miq.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı Sabunçu rayonun 639 fakt, Suraxanı rayonunda 509 fakt Binəqədi rayonu isə 481 fakt qeydə alınıb.

Sabunçu rayonu üzrə 432, Binəqədi rayonu üzrə 336, Suraxanı rayonu üzrə 288 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az