Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partladıb, polislər xəsarət alıb

Bakıda axtarışda olan şəxs

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Miq.Az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs "Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.(apa.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az