Bakı-Qazax magistralında avtomobil qəzası-Ölən var
Bakı-Qazax magistralının Kürdəmir rayon Padar çöl ərazisindən keçən hissəsində ağır yol nəqliyyatı hadisəsi baş verib. Şahidlərin sözlərinə görə hadisə dünən, təxminən saat 20:30 radələrində qeydə alınıb.
Miq.az xəbər verir ki Qazax istiqamətində hərəkətdə olan hər iki yük maşını bir-birinə dəyərək qəza törədiblər. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Nəticədə maşınların birinin sürücüsü həyatını itirib, digəri ağır yaralanıb
Elgün Gəncimsoy
Miq.az