Bakı metrosu fəaliyyətini nə zaman bərpa edəcək?

Bakı metrosu fəaliyyətini nə zaman bərpa edəcək?

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyətinin bərpa olunacağı əsas müzakirə olunan məsələlərdən birinə çevrilib.

Miq.Az xəbər verir ki, bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik qərar açıqlamayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı.vs-ə bildirib ki, yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən məlumat daxil olmayıb:

"Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Pandemiya və karantin rejimi ilə bağlı bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq".

Qeyd edək ki, 2020-ci il ərzində metropoliten 202 gün ümumiyyətlə sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az