Bakı hərbi əməliyyata başlaya bilər? – Ermənilər qorxuda

Bakı hərbi əməliyyata başlaya bilər? – Ermənilər qorxuda

Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatlara başlamaq imkanları erməni ekspertləri narahat edir.

Miq.Az xəbər verir ki, xüsusilə Zəngəzur dəhlizi məsələsi, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn tələblərin icrasını gecikdirməsi, Qarabağdan erməni silahlılarının çıxarmaması Azərbaycanın növbəti dəfə hərbi qüdrətindən istifadəni aktuallaşdırıb.

Erməni politolqlar Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar.

İranşünas Vardan Voskanyan bildirib ki, Azərbaycan 10 noyabr bəyanatının tələblərinin icrası üçün Zəngəzura hərbi müdaxilə edə bilməz, "belədə İran dərhal məsələyə qarışacaq”.

Digər erməni ekspertlər də Ermənistan ərazisinin KTMT çərçivəsində Rusiyanın himayəsi altında olduğunu əsas gətirərək, Azərbaycanın buna risk etməyəcəyini iddia ediblər.

Bütün bunlar isə Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin icrasından yayınması imkanlarının, imzasından imtina "manevrinin” olmasına xidmət edir.

Ancaq üçtərəfli bəyanatların zəmanətçisi Rusiya lideri Putindir. Putin isə 2016-cı ilin aprelində torpaqları qaytarmaq öhdəliyi götürən, ancaq əməl etməyən Ermənistan rəhbərliyinin xəyanətinə görə 44 günlük müharibədə seyrçi qaldı.

Eyni halın təkrarlanmayacağına erməni ekspertlər də əmin deyillər. Ona görə də Ermənistan KTMT üzvü olsa da, "yardıma” İranı çağırırlar və Zəngəzur məsələsində Tehranın "hərbi müdaxiləyə” imkan verməyəcəyinə "ümid” edirlər...

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az