Aydan Aydan yeni şeir: "Mənim yolum bir sabahsız gecəyə..."
Aydan Ay
Səni tapşırıram göyün üzündə
yelkəntək üzən ağ buludlara...
...mən də qocalanın, ölənin biri!
Səni tapşırıram sağ buludlara...
Mənim yolum bir sabahsız gecəyə...
Gözümdən axan yaş dönür küləyə!
Gedir, gedir çıxır ərşə, fələyə...
Sənin yolun çıxsın bağ buludlara.
...solub-saralırsan- deyir yarpaqlar!
Daha -sevir...demir, şeir yarpaqlar.
Mən sənə bir baxsam, gözündə yad var!
Sən mənə baxmasan... Bax, buludlara!..
Miq.az