"Artıq Putinin mümkün varisi də təyin olunub..." - Erməni mənşəlidir?..


"Putin yalan danışır - o, ümumiyyətlə, peyvənd olunmayıb..."
 
"Rusiya prezidenti Vladimir Putinin səhhəti buna imkan vermədiyi üçün əslində o, "COVİD-19"-a qarşı peyvənd olunmayıb. Üstəlik, onun özü də koronavirusa yoluxmuşdu".
 
Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki, bunu "Exo Moskvı” radiostansiyasının efirində tanınmış politoloq Valeri Solovey deyib.
 
O bildirib ki, Putinin guya peyvənd olunmasıyla bağlı bütün dünyaya yalan danışılıb.  V.Solovey, həmçinin, axşamlar Putinin hərarətinin qalxdığını, ağciyərlərinin 27 faiz zədələndiyini bildirib. Politoloqun sözlərinə görə, Rusiya prezidenti "Delta" ştammına yoluxub.
 
Siyasi şərhçi onu da bildirib ki, hətta artıq Putinin mümkün varisi də təyin olunub. Söhbət Rusiya Federasiyasının hazırkı Baş naziri Mixail Mişustindən gedir..
 
Xatırladaq ki, baş nazir təyin olunan gündən bəri Ermənistan və Rusiya mediasında  M.Mişustinin erməni mənşəli olması haqda xeyli informasiya yayılıb.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az