Araik dekabrda Xocavənd şəhərimizə təzə “mer” “seç”dirməyə qərar verdi...

Araik dekabrda Xocavənd şəhərimizə təzə “mer” “seç”dirməyə qərar verdi...

Xocavənd rayonunun mərkəzi və   81 kəndindən  47-si hələ də Azərbaycanın nəzarətində deyil...

30 il öncə Azərbaycanın keçmişdə "Dağlıq Qarabağ” adlanan ərazisində qondarılmış  və 44 günlük müzəffər savaşımızdan sonra da Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin himayəsi altında hələ  də tör-töküntüləri fəaliyyət göstərən separatçı-terrorçu erməni rejimi torpaqlarımızda növbəti qanunsuz " seçki” keçirməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, separatçı-terrorçu rejimin Xankəndindəki  qeyri-qanuni "qanunverici” qurumu dekabrın 10-da Xocavənd şəhərində və rayonun Kiş kəndində "yerli orqanlara” "seçki” keçirməyi, yəni təzə "mer”lər "seç”məyi qərara alıb.
 
Xatırladaq ki,  Araik Arutyunyanın başçılıq etdiyi separatçı kriminal xunta bu il oktyabrın 10-da  Ağdam rayonunun  "Nor-Qazançi” adlandırılmış  Sırxavənd, Xocalı rayonunun Xaçmaç,  "Tsaxkşat” adlandırılmış Qışlaq və  Xocavənd rayonunun "Herher” adlandırılmış Qarqar kəndlərində "yerli orqanlar”a "seçki”lər keçirib və təzə "mer”lər "seç”iblər...
 
Zəruri arayış:
 
Xocavənd şəhəri  2 oktyabr 1992-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.  1991-1993-cü illərdə rayonun, 1 hektarlıq Nərgiztəpə adlı ərazi istisna olmaqla, demək olar ki, bütün kəndləri işğal edilib.
 
2020-ci ilin 44 günlük müzəffər savaşımız nəticəsində  Xocavənd rayonunun 81 kəndindən Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilib.
 
10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli atəşkəs razılaşmasına əsasən Xocavənd şəhəri və  rayonun digər 47 kəndi, o cümlədən bəhs edilən Kiş kəndi müvəqqəti olaraq Rusiyanın sülhməramlı sayılan hərbi qüvvələrinin nəzarətinə verilib.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az