Amansız döyüşlər gedir: ruslar ruhdan düşüb - Baş Qərargah

Amansız döyüşlər gedir: ruslar ruhdan düşüb - Baş Qərargah

"Ukrayna xalqının rus hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin yüz otuz ikinci günü başlayıb. Volın və Poliski istiqamətlərində vəziyyət heç bir ciddi dəyişikliyə məruz qalmayıb. Düşmənin Belarus ərazisindən və hava məkanından raket, hava zərbələri endirməsi təhlükəsi qalmaqdadır. Siverski istiqamətində hücum qrupunun yaradılmasına dair heç bir əlamət yoxdur. Düşmən Çerniqov vilayətinin Mxa, Zalizniy Mıst və Sumı vilayətinin Şaliqine yaşayış məntəqələri ərazilərində minaatanlardan hücumlar həyata keçirib".

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saatlarına olan məlumatında deyilir.

Bildirilir ki, Xarkov istiqamətində düşmən əsas səylərini işğal etdiyi xətləri saxlamağa və qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldir. Düşmən Kutuzivka, Nove, Ruski Tışki, Mala Danylivka, Dementivka yaşayış məntəqələri ərazilərini artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tanklardan atəşə tutub. Həmçinin Xarkov şəhərinə hava zərbəsi endirib.

Slavyansk istiqamətində düşmən Krasnopill, Pervomayski, Nova Mykolaivka, Boqorodiçnı, Adamivka, Dolyna, Mazanka, Dibrivnı, Çepil və Mospanovoy ətraflarında artilleriya atəşi həyata keçirib. Ukrayna əsgərləri Dolyna qəsəbəsi istiqamətində düşmənin hücumunu uğurla dəf edib.

Donetsk istiqamətində isə düşmənin əsas səyləri Luqansk vilayətinin ərazisinə inzibati sərhədlər daxilində nəzarətin yaradılmasına yönəlib. Düşmən arxa cəbhələrdə nəqliyyat infrastrukturunun bərpası üçün tədbirlər görür.

Kramatorsk istiqamətində isə işğalçılar Biloqorivka və Verxnokamyansk rayonlarını lüləli artilleriyadan atəşə tutublar. Slovyansk və Zvanivka yaxınlığına raket və hava zərbəsi endirilib.

Baxmut yönündə düşmən Novoluqanske qəsəbəsi istiqamətində hücumlar aparır, döyüşlər davam edir.

Kodem, Novoluqanske, Pokrovske, Berestov, Spirne, İvano-Daryivka qəsəbələrinin əraziləri lüləli artilleriyadan atəşə tutulub. Soledar, Spirni, Pokrovski və Şumi yaxınlığına raket və hava zərbələri endirib.

Artilleriya atəşi və aviasiyanın dəstəyi ilə təcavüzkar Spirne yaşayış məntəqəsi istiqamətində hücumları bərpa edib, qismən müvəffəqiyyətlə döyüş əməliyyatları davam edir.

Avdiyiv, Kuraxiv, Novopavliv və Zaporojjya istiqamətlərində təmas xətti boyunca müxtəlif çaplı artilleriyadan Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulması qeydə alınır. Rus işğalçıları Avdiyivka qəsəbəsini aviasiya ilə vurub.

Cənub Bux istiqamətində düşmən əsas səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin irəliləməsinin qarşısını almağa cəmləşdirir. Lupareve, Myrne, Şevçenkove, Çervona Dolyna, Kobzartsi, Partyzanske, Bereznequvate, Topoline, İvanivka, Potemkine, Knyazuzka, Dobryanka, Trudolyubivka və Osokorivka yaşayış məntəqələri ərazilərində lülə və raket artilleriyasından atəş açılıb. Bir cüt Ka-52 helikopteri Zariçnı və Olqanı yaxınlığında hava hücumları həyata keçirib.

Ukrayna aviasiyası və raket-artilleriya bölmələri düşmən anbarlarına və işğalçıların konsentrasiyasına, xüsusən də Xerson vilayətinə zərbələr endirməkdə davam edir.

Rus işğalçıları ruhdan düşüb, yüngül xəsarətlər almaq üçün hər cür fürsət axtarırlar. Onlar özlərinə xəsarət yetirməyə və müxtəlif sağlamlıq simulyasiyalarına əl atırlar. Məqsəd Rusiya Federasiyasına sağ-salamat qayıtmaqdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az