ABŞ etiraf etdi: Kabildə 7 uşağı səhvən öldürmüşük

ABŞ etiraf etdi: Kabildə 7 uşağı səhvən öldürmüşük

Əfqanıstanın paytaxtı Kabilə aviazərbə endirməyimiz səhvdir.

Miq.Az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi deyib.

O, hücum nəticəsində 7 nəfərinin uşaq olduğu 10 dinc sakinin öldüyünü bildirib. General baş verənlərə görə üzr istədiyini və ölənlərin yaxınlarına kompensasiya ödənilməsi məsələsini nəzərdən keçirəcəyini söyləyib.

Makkenzi Amerika qoşunlarının gələcəkdə daha yüksək standartlara riayət edərək, Əfqanıstana zərbə endirəcəyini deyib.

Qeyd edək ki, ABŞ 29 avqustda Kabilə PUA-dan zərbəsi endirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az