ABŞ-dan Ukraynaya növbəti dəstək - Yeni silahlar göndərilir

ABŞ-dan Ukraynaya növbəti dəstək - Yeni silahlar göndərilir

Bu həftə ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün müasir hava və raketdən müdafiə sistemi verəcəyini elan edə bilər.

Miq.Az  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

G7 liderlərinin görüşü ərəfəsində ABŞ Prezidenti Co Bayden bəyan edib ki, ABŞ Ukraynanı daha ​​təkmil raket sistemləri və döyüş sursatları ilə təchiz etməyə davam edəcək.

CNN mənbəsi bildirib ki, bu həftə Ağ Ev əlavə uzunmənzilli artilleriya və sursat tədarükünü də elan edəcək. Xüsusilə, yeni hərbi yardım paketinə 170 kilometrdən çox məsafədə hədəfləri vura bilən NASAMS sistemləri daxil ola bilər.(teleqraf.com)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az