“Araşdırılmalıdır ki, onların övladları müharibəyə niyə aparılmadı” – bir debatın əks-sədası

“Araşdırılmalıdır ki, onların övladları müharibəyə niyə aparılmadı” – bir debatın əks-sədası

Müsavat TV-nin bugünlərdə baş tutan "Canlı debat” verilişində VİP sədri Əli Əliyevlə YAP-çı deputat Elman Nəsirov arasında maraqlı polemika yaşandı. Debatın bir hissəsində hakim partiyanın deputatı Ə.Əliyevdən soruşur ki, hər dəfə məmurları "övladları Qarabağ müharibəsində iştirak etmədi” deyə ittiham edir. Ardınca partiya sədrinə sual ünvanlayır ki, sizin övladlarınızdan müharibədə iştirak edən varmı?

Debatda məlum olur ki, VİP sədrinin üç oğlu var. Ə.Əliyevin iddiasına görə, müharibədə iştirak etmək üçün övladları aidiyyəti quruma ərizə ilə müraciət etsələr də, onları müharibəyə aparmayıblar.

Bu polemika maraqlı bir mövzunun əsasını qoymaqla yanaşı, özü ilə bir sıra suallar gətirib. Yalnız iqtidar təmsilçilərininmi övladları müharibədə iştirak etməlidir? Müxalifətin tanınmış simalarının özləri və övladları Qarabağ müharibəsinə qatıldılarmı?

Ümumiyyətlə, bu qarışıqlı ittihamlar doğrudurmu?

Bu suallar ətrafında çoxsaylı müzakirələr gedir.

Onu da qeyd edək ki, kütləvi xarakter daşımasa da, hər iki düşərgədən müharibəyə qatılanlar da oldu. Məsələn, AĞ Partiya başqanı Tural Abbaslının qardaşı Teymur Abbaslı könüllü döyüşlərə qatıldı və şəhidlik zirvəsinə yüksəldi. Sabiq baş nazir, AXP sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn döyüşlər zamanı ön xətdə oldu. Müsavat Partiyasının funksioneri Arzu Səmədbəylinin oğlu Turqut, partiya başqanının müavini Fərəc Kərimli müharibənin ilk günlərindən döyüşlərə qatıldı. Hazırda övladları hərbi xidmətdə olanlar da var. Müsavat başqanı Arif Hacılı və partiya funksioneri Tofiq Yaqublunun adlarını çəkmək olar.

İqtidar düşərgəsindən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu Pərvin Əsədov könüllü döyüşlərdə iştirak etdi. Bu siyahını bir qədər artırmaq da mümkündür.

Amma görünən budur ki, qaneedici olmadığı üçün istər müharibə günlərində, istərsə də savaşın bitdiyi 10 noyabr tarixindən bu günə qədər bu istiqamətdə yaranan müzakirələr səngimir.

Vüsalə Əliyevanın sözlərinə görə, görüşdə qərar verilib ki, ailə üzvlərinin hamısı müalicə olunacaq, buna görə də onları Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına yönəldiblər. Lakin müayinədən sonra onun həyat yoldaşı müalicə xərcləri üçün İcra Hakimiyyətinin nümayəndəsi Tural İbrahimova davamlı zəng vursa da, cavab verən olmayıb.

"Dedilər ki, dövlət buna görə bizə pul ayırmayıb"

"Neçə gündən sonra telefonumuzu açdılar. Tural müəllim dedi ki, biz sizi müayinəyə göndərmişdik, müalicəyə yox, xərclər çoxdur, dövlət bizə buna görə pul ayırmayıb. Yoldaşım dedi ki, biz prezidentə müraciət edirdik, siz də dediniz ki, hər şeyi özümüz həll edəcəyik. İndi də deyirsiniz ki, bizim o qədər pulumuz yoxdur? Əgər pulunuz yoxdursa, biz başqa orqanlara müraciət edək. Tural müəllim də sərt şəkildə cavab verdi ki, məni təhdid eləmə, bizim də bildiymiz var, bizim də həyatımız var. Bəli, Tural müəllim, oktyabrın 4-dək bizim də həyatımız var idi”, - deyə Vüsalə Əliyeva bildirib.

Şikayətçi deyir ki, onların iş yeri də evlərinin içində olub, 10 otaqlı evlərini həm gözəllik salonu, həm də şirniyyat sexi kimi işlədiblər. Evləri dağıldığı üçün indi işləyə bilmirlər.

Onların banklara kredit borcu da var. İcra Hakimiyyəti isə evlərinin dağıldığını təsdiq edən sənədi onlara vermədiyi üçün banklar borclarını tələb edir: "Bizə banklardan zənglər gəlir ki, borcunuzu ödəyin. Yoldaşım onlardan birinə zəng vurdu, evimiz, iş yerimiz dağılıb, ödəyə bilmirik dedi. Cavab verdilər ki, bununla bağlı İcra Hakimiyyətindən rəsmi təsdiq sənədi olmalıdır. Biz 2 ay əvvəldən müraciət etmişik, amma İcra Hakimiyyəti bir sənədi də bizə qıymır”.

"Mehriban Əliyevaya, Hikmət Hacıyevə, Kəmaləddin Heydərova, Sahibə Qafarovaya müraciət etdim"

Şikayətçi Mehriban Əliyevaya, Hikmət Hacıyevə, Kəmaləddin Heydərova, Sahibə Qafarovaya da müraciət etdiyini bildirib: "Mənim 10 otaqlı villam var idi, indi 6 nəfərlik ailə bir otağa sıxışıb qalıb. Küçələrdən odun yığıb evə gətirirəm. Evin üstü yoxdu, çadırdan dam düzəltmişik. Haqqım olan pulu məmurlar yeyir”.

Şikayətçi İcra Hakimiyyətindən onlara 2 min manat pul ayrıldığını deyib: "Biz ev dağılanda ordan çılpaq çıxmışıq, 1000 manatı verdilər ki, üst-başınıza bir şey alın, qalan 1000 manata da Bakıya gedib gözünüzü müalicə etdirin. Həkim 19 dənə resept yazıb, bir gözüm görmür, boğazımda da şiş var, bu pul nəyə bəs edəcək?”

Tural İbrahimov: "Mən heç kəslə kobud şəkildə danışmamışam”

İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Tural İbrahimov "Toplum TV"-yə açıqlamasında şikayətçinin iddialarını təkzib edib: "Dedikləri sübut etməyənə qədər iddiadır, mən heç kəslə kobud şəkildə danışmamışam”.

T. İbrahimov digər sualları cavablandırmaq istəməyib və qurumun elektron ünvanına sorğu göndərməyi tövsiyə edib: "Rəsmi müraciət edin, rəsmi də cavab verək”.

Gəncə Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi, hüquqşünas Elnur Rəhimov deyir ki, müharibədə zərərçəkən şəhər sakinlərinin müayinə və müalicə xərclərini İcra Hakimiyyəti qarşılayır: "Şəhər sakinlərinin bir qismi artıq Beynəlxalq Xəstəxanada müayinə olunub, onların müalicə xərcləri də qarşılanıb, xərcləri ödənməyən şəxslər isə xəstəxanadan verilən arayışla birlikdə yazılı şəkildə İcra Hakimiyyətinin başçısına müraciət etsinlər, ərizələrinə baxılacaq”.

Vüsalə Əliyevanın bankların arayış tələb etməsi, lakin İcra Hakimiyyətinin isə ona həmin sənədi verməməsi məsələsinə isə hüquqşünas belə cavab verib: "Araşdırmaq lazımdır ki, onların müraciətinə niyə cavab verilməyib? Mən özüm də vətəndaşı qəbul edib barəsində arayış hazırlaya bilərəm”.

Onun sözlərinə görə, qurum şikayətçilərin ərizəsinə 15 gün ərzində cavab verməlidir.

İcra Hakimiyyəti: "Həqiqəti əks etdirməyən əsassız iddiadır"

Gəncə Şəhər İcra Hakimiyəti "Toplum TV”-nin yazılı sorğusuna cavab olaraq bildirib ki, Vüsalə Əliyevanın iddiaları həqiqəti əks etdirmir və şikayətçinin müalicə üçün tələb etdiyi vəsait şəhər İcra Hakimiyyətinin imkanları xaricindədir.

"Zərərçəkən bəzi KİV və sosial şəbəkələr vasitəsi ilə həqiqəti əks etdirməyən əsassız iddialarla çıxış edərək, onlara lazımi köməkliyin göstərilmədiyini bildirib. Vətəndaş Vüsalə Əliyeva və həyat yoldaşı Tapdıq Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən qəbul edilib, onların şikayətləri dinlənilib. İcra başçısının tövsiyəsinə əsasən onlar Gəncə Beynəlxalq Xəstəxanasında müayinədən keçsələr də, təkrar müayinə və müalicə üçün Bakıda olan özəl tibb müəssisələrindən birinə getmək istədiklərini bildiriblər. Bununla bağlı onlar Niyazi Bayramovdan maddi köməklik istəyiblər və istəkləri müvafiq qaydada təmin olunub. Daha sonra vətəndaş Tapdıq Abdullayev şəhər İcra Hakimiyyəti başçısı Aparatının bəzi məsul əməkdaşlarına yenidən zəng edərək, diş implantasiyası üçün əlavə 20 000 AZN-ə ehtiyac olduğunu bildirib. Sözügedən vəsaitin ödənilməsinin şəhər İcra Hakimiyyətinin imkanları xaricində olduğu onların diqqətinə çatdırılıb”, - İcra Hakimiyyəti sorğuya belə cavab verib.

Qurumun cavabında həmçinin qeyd olunub ki, T.Abdullayevin ilkin müraciətinə əsasən İşçi qrupunun üzvləri vətəndaşın evinə təkrar baxış keçirərək, akt tərtib ediblər.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az